Rusiya prezidenti Vladimir Putin ölkənin ən iri neft-qaz şirkətindən biri olan “Lukoyl”un keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Bu barədə müvafiq sərəncam rəsmi hüquq informasiya portalında dərc olunub.
Mükafatın iş adamına dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına verdiyi böyük töhfəyə və uzun illər vicdanlı əməyə görə verildiyi qeyd edilib.
Mənbə: “RİA Novosti”