ADA Universitetində “CənubiQafqaz: İnkişafvəəməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edib .
“Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil edilən beynəlxalq konfransın keçirilməsi ölkəmiz üçün əlamətdar və tarixi hadisədir.
Konfransda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məmnunluqla Azərbaycana 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısını salamlayarkən konfransın əhəmiyyətinə toxunu və konfransın səmərəliliyi nitqində əks etdirərək qonaqların Şuşa şəhərində iştirakına toxundu. Fikrimcə, bu minvalla Azərbaycanın tarixi şəhəri Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilir, həm də Azərbaycan sülhün nəinki öz ərazilərində təmin edilməsi, bütün regionda bərqərar olunmasında marağını göstərir.
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə Qarabağ bölgəsində yeni dövrün təməlini qoydu, ADA universitetində keçirilən bu konfransın Şuşada keçirilməsi təşəbbüsü ötən il böyük Qələbəyə və Azərbaycan torpaqlarının işğaldan azad olunmasına həsr edilmiş birinci forumda Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərində irəli sürülmüşdü.
Ötən il təşkil olunan tədbirdən keçən bu müddət ərzində Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Ölkəmiz sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edib. Son zamanlar Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir.Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi artıq Qafqazda yeni era, sülh və əməkdaşlıq erası özünü göstərir.Ermənistandan müsbət cavab alınması ,irəli sürülən 5 təməl prinsipin qəbul edilməsi, işçi qrupunun yaradılması,sərhədlərdə delimitasiya prosesinə başlamaq sülhün zəruriliyindən məlumat verir. Azərbaycan xalqı böyük ümid və inamla Ali Baş Komandanın siyasətinə güvənərək Qafqazda sülhün uzunmüdətli və dayanıqlı olacağına inanır.
Cənubi Qafqazda sülhün təmin olunması, iqtisadiyyatımızı gücləndirmək üçün səfərbər olunan resurslar, keçirilən beynəlxalq və siyasi konfranslar Qarabağın yenidən qurulcağının və Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunun bariz nümunəsidir.
İradə İmanbəyli,
Masllı rayon Dəmirçi kəndi