Şuşa şəhərində Dünya Azərbaycanlılırın V Qurultayı

Şuşa şəhərində Dünya Azərbaycanlılırın V Qurultayı
  • Cəmiyyət

  • Tarix boyu Azərbaycan xalqı müxtəlif münaqişələrin şahidi olub. İşğalçı dövlətlər daim Azərbaycanın sərvətinə göz dikmişlər. Lakin xalqımız hər bir hadisədə öz mübarizliyini, vətənpərvərliyini nümayiş etdirmişdir.

    1993-cü ilə qədər hakimiyyətdə olmuş antimilli qüvvələr dövlətçiliyimizə zərbə vurmaq istəsə də, xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişi bu mübarizəyə son qoydu. Ümumilli lider hakimiyyətə gələn kimi dünyanın hər yerində yaşayan azərbaycanlıların həmrəyliyi üçün müəyyən işlər gördü. Dünya Azərbaycanlıların ilk Qurultayı da məhz 2001-ci ildə Bakıda keçirildi.

    Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoydu.Növbəti illərdə 15 il ərzində keçirilmiş üç qurultay əasasında İlham Əliyev atasının bu sahədə siyasətini davam etdirdi. Milli həmrəylik naminə son 4 ildə 31 ölkədə 14 Kordinasiya Şurası,12 ölkədə 18 Azərbaycan evi yaradıldı. 

    Dünyanın hər yerində yaşayan azərbaycanlıların ən vacib vəzifələrindən biri müharibə ərəfəsində ermənilərin işğalçılıq siyasətinin mahiyyətini açıb göstərmək oldu.30-dan çox ölkədə 200-dən çox aksiya keçirildi.

    22 aprel 2022-ci ildə  Şuşa şəhərində Dünya Azərbaycanlıların V  Qurultayı keçilildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş nitq söylədi.

    Cənab prezident çıxışında Şuşada keçirilən qurultayın Azərbaycan tarixi üçün xüsusi məna olduğunu vurğuladı.30 il torpaqları işğal edilmiş ölkə indi qalib ölkədir.Biz artıq öz torpaqlarımızdayıq. Bilmək lazımdır ki,istər ölkədə istər xaricdə yaşayan vətəndaşların bu şanlı tariximizi bilməli və gələcək nəsillərə ötürməlidir.

    44 günlük vətən müharibəsi Azərbaycan xalqının böyük zəfəri oldu.Qarabağın mənfur düşməndən azad edilməsi xalqın və hakimiyyətin birgə qələbəsinin nəticəsidir.Məhz buna görə də Azərbaycan xalqı “Dünya Azərbaycanlıların V Qurultayını” Şuşada keçirildi.Şuşada keçilirən Dünya Azərbaycanləların V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşdü.

    Fəxrəddin Əsgərov,
    Masallı rayon E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi müəllim
    PAYLAŞ:

    Oxşar xəbərlər