“Gecə klubunda baş verən hadisədən sonra FHN, Energetika Nazirliyinin və SOCAR “Azəriqaz” İB-nin birgə monitorinq qrupu təşkil olunub”.
"Leqal.az" xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev “Facebook” səhifəsində canlı yayımda məlumat verib.
O bildirib ki, monitorinq qrupları qanunsuz qoşulmaların təftişi ilə məşğul olurlar:
“Belə ki, zirzəmilərdə, yaşayış binalarının birinci mərtəbələrində fəaliyyət göstərən obyektlərin təftişi aparılır”.
Xatırladaq ki, aprelin 3-də saat 03 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dörd nəfər isə dünyasını dəyişib.