Həyata keçirdiyi əməlləri ilə xalqımızın sərhədsiz sevgisini qazanan lider İlham Əliyev haqqında böyük fəxarət hissi ilə deyə bilərik ki, müasir Azərbaycan dövlətçiliyinin banisi olmuş ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi yola sadiqdir və hakimiyyətdə olduğu illər ərzində ölkəmizi ən uca zirvələrə böyük əzmlə, səylə yüksəltməkdədir.
Azərbaycan tarixinə yeni missiya, ilə- "əsl siyasət konkret real iş görməkdən ibarətdir" deyərək 2003-cu ildən Azərbaycan xalqının, vətəndaşlarının qayğı və problemlərinin həlli üçün əlindən gələnin ən yaxşısını etmişdir.
Azərbaycan Respublikasında 2018-ci il 11aprel tarixində keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev seçicilərin prezidentə olan inaminin nəticəsi olara 86,03%-nin səsini qazanaraq rəqiblərindən böyük səs fərqi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqı həmişə olduğu üzrə bu seçimdə də xalqın etimadını qazanmış böyük bir lideri prezident seçməklə necə də düzgün və müdrik bir seçim etdiyi sübuta yetirmişdir. Yeniden xalqdan etimad mandatı alan Prezident İlham Əliyev rəhbərliyi altında Azərbaycan öz inkişafında keyfiyyətcə təzə bir mərhələyə daxil olmuşdur və bu mərhələdə iqtisadi,siyasi bütün sahələri əhatə edən genişmiqyaslı, fasiləsiz, davamlı islahatlar həyata keçirilmişdir.
Abusət Zeynalov,
Masallı rayon Böyük Xocavar kənd sakini