Bu gün BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə Baş Assambleyada qəbul edilib.
LEQAL.AZ xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır özünün "Twitter" hesabında yazıb.
“COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası dekabrın 3-4-də keçiriləcək. Sessiyada səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla, COVID-19-a qarşı mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti rəhbərlərinin iştirakı ilə ətraflı müzakirə olunacaq”,-deyə V. Bozkır qeyd edib.