Ölkədə bu gün nə qədər insan peyvənd olunub?

Ölkədə bu gün nə qədər insan peyvənd olunub?
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 455 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768 nəfərdir, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 802 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 562 620, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 703 255, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 669 018 təşkil edir.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər