Bu günlərdə Azərbaycan xalqı taleyüklü, eyni zamanda qürurverici tarixə şahidlik edir. Əzəli Azərbaycan torpaqları düşmən tapdağından azad olunur. Döyüş meydanında bu tarixi qəhrəman əsgərlərimiz yazır. Müharibə şəraitində vətəndaşlarımızın ordumuza sevgisi təqdirəlayiqdir. Ordumuza mənəvi dəstək olmaq məqsədilə ölkəmizdə “Əsgərə məktub” layihəsi həyata keçirilir.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin kənd filiallarının fəal oxucuları, balaca fidanlar bu layihəyə qoşularaq, əsgərlərimizə onlarla məktub ünvanlayıblar. Məktublarda balaca fidanlar vətənin keşiyində duran qəhrəman əsgərlərimizə ürək sözlərini yazıblar. Onlar hər gün eşitdikləri qələbə xəbərindən aldıqları sevinci bildirir, Böyük Qələbə üçün əsgərlərimizə uğurlar arzulayılar.
Məktubların bir qisminin fotoşəkilləri İsmayıllı Regional Mədəniyyət İdarəsinin sosial şəbəkə ünvanlarında yerləşdirilib.