Gözün aydın, Azərbaycan!

Gözün aydın, Azərbaycan!
  • Cəmiyyət

  • Gözün aydın, Azərbaycan!

     
     
    Uğur olsun, Prezidentim!

    Hamı Sizi alqışlayır.

    Otuz ildə gedən torpaq

    Sayəndə geri qayıdır.

    İgid, cəsur Prezidentim,

    Adın tarixə yazılır.

    Qarabağın azad oldu,

    Gözün aydın, Azərbaycan!

     

    Torpağını qarış-qarış,

    Azad edir igidlərin.

    Həyatını sənin üçün

    Qurban verdi şəhidləri.

    Keşiyində sayıq durur

    Qorxmaz, igid əsgərlərin

    Qarabağın azad oldu,

    Gözün aydın, Azərbaycan!

     

    Hər addımda Fəridinin,

    Mübarizin izi qalıb.

    Nəbinin, Cavadın sözü,

    Koroğlunun sazı qalıb.

    Dərs olmadı düşmənlərə,

    Torpağında  gözü qalıb.

    Qarabağın azad oldu,

    Gözün aydın, Azərbaycan!

     

    Qarabağdır Vətənimin

    Gözəli, dilbər guşəsi,

    Uca dağı, dərələri,

    Uca çinarlı meşəsi.

    Azərbaycan himni çalır

    Axan o gur şəlaləsi.

    Qarabağın azad oldu,

    Gözün aydın, Azərbaycan!

     

     

    Ulu Öndərin sözləri,

    Bizim üçün şüar olub:

    “Mən həmişə fəxr etmişəm

    Azərbaycan övladıyam”.

    Ruhu şad olsun Öndərin,

    Unudulmaz sözü qalıb.

    Qarabağın azad oldu,

    Gözün aydın, Azərbaycan!

     

    Meysabanın sevincindən

    İlhamı da coşub-daşır.

    Oturub sakit guşədə,

    Sizlər üçün şeir qoşur.

    Prezidentin sayəsində

    Ölkəm hər gün abadlaşır.

    Qarabağın azad oldu,

    Gözün aydın, Azərbaycan!

     
    Meysaba Aslanova, şairə.


    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər