Nar festivalı: Göyçaydan Qarabağa!-FOTO

Nar festivalı: Göyçaydan Qarabağa!-FOTO
  • Cəmiyyət

  • Noyabrın 1-də Göyçay rayonunda hər il təşkil olunan ənənəvi Nar festivalı bu il fərqli formatda keçirilib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, “Göyçaydan Qarabağa!” adlı tədbirdə Göyçayın simvolu olan meyvələrin şahı narla yüklənən karvan ön xəttə olan cəbhə bölgəsində hərbçilərimizə göndərilib.

    XV Nar festivalını - "Göyçaydan Qarabağa!" adlı tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində qazanan uğurlardan danışıb. Bildirilib ki, dövlət başçısının uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq bu gün tarixi, əbədi və əzəli torpaqlarımızın xeyli hissəsi azad olunub. Xalqımız "Biz birlikdə güclüyük" şüarı ətrafında sıx birləşərək Böyük Qələbə gününün heç də uzaqda olmadığına inanır.

    Tədbirin açlışında bu il keçirilən Nar festivalını cəbhə bölgəsində olan əsgərlərimizə nar karvanının yola salınması ilə əvəz olunacağı bildirilib, rayon sakinlərinin bu tədbiri böyük razılıqla qarşıladığı diqqətə çatdırılıb. Göyçaydan Qarabağa nar karvanının yola salınmasının XV Nar festivalı kimi yadda qalacağı vurğulanıb.

    Sonda avtomobil karvanı alqış və cəngi sədaları ilə cəbhə bölgəsinə yola salınıb.

    Tədbir pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər