Türkiyə helikopter qəzasına görə Azərbaycana başsağlığı verdi

Türkiyə helikopter qəzasına görə Azərbaycana başsağlığı verdi
  • Cəmiyyət

  • Türkiyə Xarici işlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

    "Leqal"  xəbər verir ki, bununla bağlı Türkiyə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

    “Azərbaycanın Xızı rayonunda, “Qaraheybət” poliqonunda təlim uçuşu edən hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”, - paylaşımda vurğulanıb.

    Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
    PAYLAŞ:

    Oxşar xəbərlər