Konstruktiv əməkdaşlıq platforması

Konstruktiv əməkdaşlıq platforması
  • Cəmiyyət

  • Noyabr ayının 26-da axşam saatlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçi şəhərində işgüzar səfərinin başa çatmasını Azərbaycan Prezidentinin mətbuat xidməti bildirmişdir.

    Rəsmi Bakı Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Soçidə keçirilmiş olan üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirib

    Soçidə keçirilmiş üçtərəfli görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, ötən il ərzində "Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib."

    "Hesab edirəm ki, bu hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib,"-Prezident İlham Əliyev deyib.

    Görüş zamanı Nikol Paşinyan bu fikirlə razı olmadığını bildirib:" Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa bütün faktiki olaraq bəndlər yerinə yetirilib.Bilirsiniz ki,bu məsələni sizinlə dəfələrlə həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki , girovlar və digər saxlanılan şəxslər , hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir."

    Üçtərəfli görüş Soçidə bitdikdən sonra Nikol Paşinyan mətbuat üçün verdiyi açıqlamada bəzi məsələlərdə "heç bir fikir ayrılığı" olmadığını bildirib: " Qeyd etmək istəyi ki, bu çox pozitiv haldır ki, bir çox məsələlərdə biz mövqeyimizi dəqiqləşdirdik. Aydın oldu ki , bəzi məsələlərdə bizim əvvəllərdə olduğu kimi görünən heç bir fikir ayrılığımız mövcud deyil".


    Abusət Zeynalov,
     Böyük Xocavar kənd orta məktəbinin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər