Sabah ölkə ərazisində havanın əsasən yağmursuz olacağı gözlənilir

Sabah ölkə ərazisində havanın əsasən yağmursuz olacağı gözlənilir
  • Cəmiyyət

  • Azərbaycanda oktyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 12-14° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında havanın çiskinli olacağı ehtimalı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər