Vaksinasiyanın Əhəmiyyət

Vaksinasiyanın Əhəmiyyət
  • Cəmiyyət

  • Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir.

    Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır.

    Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak “, “AstraZeneca”, “ Pfizer” və “Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir .

    Peyvənd milyonlarla insanının ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Və bunun nəticəsidir ki, həyata keçirilən önləyici tədbirlər sayəsində yoluxma faizində əhəmiyyətli azalma qeydə alınıb. Aparılan məhdudiyyətlər və əhalinin bu qaydalara ciddi riayət etməsi yoluxmada təhlükəli tendensiyanı azaldıb. Bu mərhələni daha da uğurla başa çatması üçün müəyyən bir dövr də diqqətli olmaq tələb olunur.

    Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVİD-19 –la bağlı hospitalizasiya və ölümləri azalda bilər . Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronovirusun ştammlarına qarşı güclüdür.

    COVID-19 pandemiyası ilə mübarizədə hər bir vətəndaş məsuliyyətli olmalı, xəstəliyin ciddiliyini nəzərə alaraq vaxtında peyvənd olunmalıdır.


    Zamin Əlili, 
    Masallı rayon Çaxırlı kəndi
    PAYLAŞ:

    Oxşar xəbərlər