Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır

Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır
  • Cəmiyyət

  • Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir. Müəyyən bir kütlə insanlar hansısa səbəbdən elmin və dövlətlərinin tövsiyyələrindənsə, əsassız olan nəzəriyyə və fikirlərə inanmağa daha çox meyilli olurlar. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.

    Tarixə nəzər salsaq, yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25 30% i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib. 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb.

    Həqiqətən də vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Uşaqlarımızın gələcəyi üçün hər birimizin vaksin olunması vacibdir. Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısını birlikdə ala bilərik. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur.

    Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur.

    Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. ” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi.

    Azərbaycan Prezidenti İlham Əliyev dövlətimiz üçün ən vacib məsələnin onun vətəndaşlarının sağlamlığının qorunması olduğunu söylədi. Azərbaycan dövləti öz daxili imkanları hesabına pandemiyanın zərərlərini minimuma endirə bildi. Bundan başqa, bir sıra dövlətlərə və təşkilatlara kömək əlini uzatdı. Eyni zamanda, Azərbaycan dünya üzrə vaksini ən birinci əldə edən ölkələrdən oldu. Əslində, bunlar sadə səslənsə də, kifayət qədər gərgin işin nəticəsidir. Hazırkı dövrdə isə bizim üzərimizə düşən iş vaksinasiya prosesinə fəal şəkildə qoşulmaqdır. Çünki bunsuz həyatımızın normala dönməyi mümkün deyil.


    Əsəd Əsədli
    Masallı Dövlət Regional Kollecin MMQ rəisi
    PAYLAŞ:

    Oxşar xəbərlər