Noyabrın ilk günündə bəzi bölgələrdə 28 dərəcə isti olacaq

Noyabrın ilk günündə bəzi bölgələrdə 28 dərəcə isti olacaq
  • Cəmiyyət

  • Azərbaycanda noyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

    LEQAL.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki,  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz mülayim şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17°, gündüz 20-24° isti, Bakıda gecə 15-17°, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Noyabrın 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər