Sabah paytaxtda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək

Sabah paytaxtda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək
  • Cəmiyyət

  • Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17 dərəcə, gündüz 20-25 dərəcə, Bakıda gecə 15-17 dərəcə, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
    Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər