Səbail rayonunda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

Səbail rayonunda  Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub
  • Cəmiyyət

  • Sentyabrın 27-də Anım Günü ilə bağlı Səbail rayonu, Badamdar qəsəbəsi, Dostluq küçəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.    

    Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin xatirəsinə quraşdırılan abidə lövhəsi, daha sonra 1-ci və 2-ci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.  

    Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.  Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiram və qürurla anır, xatirələrini uca tuturuq”.

    Tədbir zamanı Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı, xalqımıza unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunmuşdur.

    Müəllif: LEQAL.AZ 

    PAYLAŞ:

    Oxşar xəbərlər