Sülhsevər dövlət və Sülhsevər xalq

Sülhsevər dövlət və Sülhsevər xalq
  • Cəmiyyət

  • Azərbaycan Xalqı uzun illər canı və qanı bahasına min bir əziyyətin nəticəsi olaraq 1991-ci ildə yenidən müstəqilk qazandı. Azərbaycan dövləti bir daha özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək dünya ölkələrinin nəzərinə çatdırdı. Müstəqillik əldə olmasına baxmayaraq müstəqilliyimizin ilk illəridə səriştəsiz hakimiyyət qururculuğu və özbaşna idarəetmələr, hakimiyyət çəkişmələri nizamsız ordu quruculuğu, xarici qüvvələrin təsiri və bir çox özbaşnalıqlar ölkədə hökm sürürdü.Ciddi kadr çatışmazlığı və ölkənin düzgün idarə olunmamasını görən Ermənistan tarix boyu həyata keçirdikləri işğalçılıq məqsədlərini davam etdirərək Azərbaycanın ərazisini işğal etməyə başladı.

    Bu ölkədə olan mövcud vəziyyəti bir daha gərginləşdirdi ölkəmizin idarə olunmasi nəzarətdən çıxaraq hakimiyyətə etirazlar,mitinqlərin tüğyan etdiyi bir vəziyyət yarandı. Bu vəziyyətin nəzarətdən çıxmasını görən siyasi qüvvələr xalqımızın qətiyyətli tələbi ilə Heydər Əliyevi ölkəmizə dəvət etdilər.

    Heydər Əliyev hələ prezident olmadığı bir dövrdə dövlətmizin idarə olunması və sabitliyin yaradılması müharibənin dayandırlması üzrə bir çox mühüm işlər görmüşdü. Bunu görən xalq Heyrdər Əliyevin siyasətinə güvənərək onu Prezident seçdilər. Müdrik siyasətçi Heydər Əliyev ölkənin gələcək inkişafı üçün və ölkəyə qarşı yönəlmiş mənfur ermənilər və onun havadarlarının işğalçılıq əməliyyatlarına son qoydu. Xüsusi qeyt etmək lazımdır ki, Heydər Əliyevin sayəsində Azərbaycan zərər çəkmiş ölkə olaraq itirilmiş torpaqlarımızın qaytarılması BMT-ni qəbul etdiyi 822,853,877və 887 nömrəli qətnamələr qəbul edilmişdir.

    Bu Münaqişənin həlli üsulu kimi Heydər Əliyev sülh yolunu seçdi. Ermənistanı dünya ölkələrinə işğalçı bir dövlət kimi tanıtdı. Bununlada Heydər Əliyev siyasətinin ana xətti sülh üzərində quruldu. Qabaqcıl dünya ölkələri ilə o cümlədən qonşu dövlətlərlə dostluq sülh münasibətləri iqtisadi əlaqələr genişləndirilməyə başlandi. Dünya ölkələri ila bağlanan “Yeni Əsrin Müqaviləsi” və bir çox beynəlxalq əhəmiyyətli layihələr bunun bariz nümunəsidir.

    Torpaqlarımızın qaytarılmasının sülh yolu ilə danışqlar masasında aparılması, ərazi bütövlüyümüzün bərpa olunması Heydər Əliyevin əsas hədəflərindən biri olmuşdur. İllər ərzində sülh sevər bir ölkə kimi dünyaya tanınmasında BMT-nin

    qətnamələrin icra olunması əsas məsələ olmuşdur. Hazırda Azərbaycan dövləti qoyulan bu sülh təməli ilə layiqincə idarə olunur və Azərbaycan xalqı sülhsevər xalq kimi dünyanın diqqət mərkəzindədir.Nə qədər sülhün tərəfdarı olmağımıza bayxmayaraq 1993-cü ildə qəbul olunan BMT qətnamələri xarici dövlətlərin ikili siyasəti nəticəsində sülh yolu ilə icra olunmadi.

    Ermənistan işğalçılığına təsir etmək əvəzinə əksinə Ermənistan yeni ərazilər üçün Azərbaycana qarşı hərbi əməliyyatlara başladi. 27 sentyabr 2020-ci il Ermənistanın Azerbaycana yenidən hücum etməsi ilə yeni mühariba başlandi. Bu müharibədə də Azərbaycan ordusu öz humanistliyini göstərərərk Cenevrə konvensiyalarina ciddi əməl etməklə Ermənistan tərəfində sivillərə və mülki əhaliyə qarşi heç bir atəş açmadi. Ermənistan tərəfi isə müharibənin gedişində Cenevrə konvensiyasını kobud şəkildə dəfələrlə pozaraq Azərbaycanın mülki əhalisinə və yaşayış məntəqələrinə ağır zərbələr endirərək çoxlu dinc sakin o cümlədən azyaşlı uşaqlar həlak olmuşdur.

    Müharibədə Ermənistanı ağır məğlubiyyətə uğradan Azərbaycan ordusu bir daha öz gücünü göstərdi.Vətən Müharibəsi bizim qələbəmizlə nəticələndi və Azərbaycan sülhsevər dövlət və xalq olaraq öz mövqeyini Ermənistana sülh sazişi bağlamağa hazir olduğunu bildirdi. Təssüf olsunki hələdə ermənistan bu sülh sazişini imzalamaqdan boyun qaçırır acı məğlubiyyəti ilə barışmır.


    Quliyev Çingiz,
    Masalli şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər