"Səssiz dünya" mövzusunda onlayn seminar keçirilib

"Səssiz dünya" mövzusunda onlayn seminar keçirilib
  • Cəmiyyət

  • Sentyabrın 27-si Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Bakı Dövlət Universitetinin nəzdində İdqisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə "Səssiz dünya" mövzusunda onlayn seminar keçirildi.

    Birliyin sədri Miraqil Seyidzadə çıxışında danışma və eşitmə məhdudiyyətli insanları anlamaq və cəmiyyətə qazandırmaq üçün bu kimi seminarların vacib olduğunu vurğuladı. Loqoped Şəbnəm İbrahimova danışma və eşitmə məhdudiyyətli insanların psixologiyası, onların cəmiyyətdəki rolu, sosial mühitdə qarşılaşdıqları çətinliklər və onlarla düzgün ünsiyyət qurmağın yolları haqqında ətraflı məlumat verdi.

    Qeyd etdi ki, xoş haldır ki, xüsusilə gənclər arasında bu sahəyə maraq getdikcə artır. Həmçinin təlimçi istifadə edilən “İşarə dili” və onun digər ölkə dillərindən fərqləndirən xüsusiyyətlərindən bəhs etdi. Sonda könüllülərin sualları cavablandırıldı.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər