Sabah Azərbaycana payız fəsli daxil olacaq.
LEQAL.AZ-ın məlumatına görə, payız ölkəyə sentyabrın 22-si saat 23:21:00-da qədəm qoyacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.
Qeyd edək ki, Azərbaycana qış fəsli isə 21 dekabr saat 19:59:00-də gələcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.