Könüllülərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Şamaxıya ekskursiya təşkil edilib

Könüllülərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Şamaxıya ekskursiya təşkil edilib
  • Cəmiyyət

  • Avqustun 27-si Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə könüllülərin yay tətilində asudə vaxtlarını səmərəli keçirmələri üçün Şamaxıya ekskursiya təşkil edilib.

    Ekskursiya çərçivəsində ilk öncə könüllülər Acıdərə Türk Şəhidliyi abidə-kompleksini ziyarət ediblər, baş verən döyüşlər haqqında ətraflı məlumat əldə ediblər.

    Daha sonra könüllülər Şamaxının meşə və dağ massivlərində vaxt keçiriblər.

    Müxtəlif maraqlı idman oyunları oynamaqla yanaşı könüllülər ətraf mühitdə təmizlik işləri aparıblar. Könüllülər Bakıya xoş təəssüratlarla geri dönüblər.

    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər