Səhər bir stəkan limonlu su içməyin orqanizmə

Səhər bir stəkan limonlu su içməyin orqanizmə
  • Cəmiyyət

  • Limon immun sistemimizə dəstək olan, dərinin sağlamlığını qoruyan və dəriyə işıltı verən C vitaminin mükəmməl bir qaynağıdır. Limon bağırsaq sağlamlığı üçün çox vacibdir. Eyni zamanda, tərkibində güclü antibakterial olan pektin lifi var. Bunun sayəsində həzm sistemimizin düzgün çalışmasını təmin edir.
     
    LEQAL.AZ  xəbər verir ki, həkim-nefroloq Barat Yusubov limonun sağlamlıq üçün faydaları haqqında məlumat verib.
     
    Həkimin sözlərinə görə, limonun tərkibindəki pektin iştahı kontrol edərək, arıqlamanıza kömək edir və orqanizmin pH balansını tənzimləyir. Səhər içilən limonlu su bədəndən toksinlərin ( zərərli maddələrin ) çıxarılmasını təmin edir.
     
    Barat Yusubov bildirir ki, limonlu su, potasiumla zəngindir, buna görə qan təzyiqini də tənzimlənir. Xolesterolun tənzimlənməsinə kömək olur.
     
    Həminin limonun tərkibindəki C vitamini stressə qarşı effektiv "silah"dır. İmmun sistemimizi gücləndirir. İnfeksiyaya səbəb olan patojenik bakteriyalardan qoruyur, soyuqdəymənin müalicəsində istifadə olunur. Xüsusilə yayda, tərləyərək itirdiyimiz minerallarla orqanizmi yenidən təmin edir.
     
    Nefroloq əlavə edib ki, limonlu su enerji verir və depressiya ilə mübarizədə kömək olur. Hətta limonun iyi sinir sistemini sakitləşdirmə gücünə malikdir./aztibb.az
    PAYLAŞ:

    Oxşar xəbərlər