Lənkəran şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Lənkəran şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
  • Cəmiyyət

  • Azərbaycan İdman Könüllüləri ictimai birliyi ölkəmizdə gənclər və idman sahəsində fəaliyyət göstərən qurumlarla ikitərəfli əlaqələrin qurulmasına davam edir.

    Bu çərçivədə avqustun 18-i Lənkəran şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri ictimai birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. İdarənin rəisi Ramin Rəhimov və Birliyin sədri Miraqil Seyidzadənin imzaladıqları sənədin əsas mahiyyətini hər iki qurumun birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsini təşkil edir.

    Protokol Lənkəran şəhər Gənclər və İdman İdarəsinin keçirdiyi layihələrdə və tədbirlərdə könüllülərin fəal iştirakı, təcrübə qazanmaları ilə yanaşı olaraq kütləvi bədən tərbiyəsini və idmanı gənclər arasında təbliğ olunması ilə bağlı məsələləri, həmçinin birgə təşkilatçılıqla layihələrin reallaşdırılmasını özündə ehtiva edir.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər