Daşkəsən rayon Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Daşkəsən rayon Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
  • Cəmiyyət

  • Azərbaycan İdman Könüllüləri ictimai birliyi ölkəmizdə gənclər, idman və könüllülər sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığı genişləndirməyə davam edir.

    Bu çərçivədə avqustun 16-sı Daşkəsən Rayon Gənclər və İdman İdarəsi ilə Azərbaycan İdman Könüllüləri ictimai birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

    İdarənin rəisi Samir Həsənov və Birliyin sədri Miraqil Seyidzadənin imzaladıqları sənəddə hər iki qurum arasında ikitərəfli əlaqələrin qurulması nəzərdə tutulur. Protokol Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin keçirdiyi tədbirlərdə könüllülərin iştirakını, təcrübə qazanmalarına dəstək göstərilməsi məsələləri ilə yanaşı, gənclərin kütləvi bədən tərbiyəsi və idmana cəlb olunması ilə bağlı məsələləri, həmçinin birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər