Göygöl şəhər Olimpiya İdman Kompleksində basketbol üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilib

Göygöl şəhər Olimpiya İdman Kompleksində basketbol üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin təsdiqlədiyi birgə Əsasnaməyə əsasən 16 avqust 2021-ci il tarixində Göygöl şəhər Olimpiya İdman Kompleksində basketbol üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilmişdir.

    Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşları Əliniyaz Mirzəyev və Pərvin Mehdiyev, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə, Göygöl Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları çıxış edərək yarışların və könüllülük hərəkatının mahiyyəti haqqında iştirakçıları məlumatlandırmış, onlara uğurlar arzu etmişdirlər.

    Ümumilikdə 76 rayon və şəhər komandasının iştirakı ilə keçirilən yarışlarda qızlar arasında Sumqayıt, Gəncə və Göygöl, oğlanlar arasında isə Cəlilabad, Gəncə və Bakı könüllülərindən ibarət komandalar ilk üç pillədə qərarlaşıblar.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər