Şəmkir Olimpiya İdman Kompleksində mini futbol üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilib

Şəmkir Olimpiya İdman Kompleksində mini futbol üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilib
  • İdman

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təsdiqlədiyi birgə Əsasnaməyə əsasən 10-12 avqust 2021-ci il tarixlərdə Şəmkir Olimpiya İdman Kompleksində mini futbol üzrə Respublika "Könüllülər Kuboku" yarışının final mərhələsi keçirilmişdir.

    Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşları Əliniyaz Mirzəyev və Pərvin Mehdiyev, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək yarışların və könüllülük hərəkatının mahiyyəti haqqında iştirakçıları məlumatlandırmış, onlara uğurlar arzu etmişdirlər.

    Ümumilikdə 76 rayon və şəhər komandasının iştirakı ilə keçirilən yarışlarda I yeri Astara könüllüləri, II yeri Bakı könüllüləri və III yeri Şirvan könüllülərindən ibarət komandalar tutmuşdur.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər