Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarı Balakən və İsmayıllıda ziyarət olunub

Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarı Balakən və İsmayıllıda ziyarət olunub
  • Cəmiyyət

  • Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş iki tankçımızın məzarı bərpa edilib.

    Veteran Tankçılar İctimai Birliyinin təşəbbüsü və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş Balakən rayonundan olan  Şindiyev İlqar Məhəmməd oğlunun və İsmayıllı rayonundan olan Muradəliyev Coşqun Ətraf oğlunun məzarları bərpa olunub.

    Fonddan LEQAL.AZ-a verilən məlumata görə, bərpa edilmiş şəhidlərimizin məzarları önündə baş tutan tədbirlərdə onların ailə üzvləri, döyüş yoldaşları, Veteran Tankçılar İctimai Birliyi, Balakən və İsmayıllı Rayon İcra Hakimiyyətləri, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin bölgə şöbələri və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndaləri iştirak ediblər. 

    PAYLAŞ:

    Oxşar xəbərlər