Milli Qəhrəman Elşad Hüseynovun büstü hazırlanıb

Milli Qəhrəman Elşad Hüseynovun büstü hazırlanıb
  • Cəmiyyət / Maraqlı

  • Masallı rayonunun Qasımlı kəndində yaşayan gənc heykəltəraş Akşin Balayev Vətən müharibəsi mövzusunda bir sıra əsərlərin müəllifidir.

    LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, bu dəfə o, Birinci Vətən müharibəsində şəhid olmuş  Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun büstünü ucaltmışdır. 

    Şəhid Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşaraq 1992-ci il 15 iyunda Ağdam rayonunun Fərrux kənd istiqamətində qəhrəmancasına şəhid olurmuşdur. Məzarı ata yurdu Masallı rayonunun Xıl kəndindədir.

    Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltəraş Akşinə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

    Onuda qeyd edək ki, şəhid Elşad Hüseynovun heykəlinin hazırlanması Milli Məclisin deputatı Məşhur Məmmədovun dəstəyi ilə olmuşdur.

    PAYLAŞ:

    Oxşar xəbərlər