Gənc heykəltəraşın Vətən müharibəsi mövzusunda növbəti əl işi - FOTOLAR

Gənc heykəltəraşın Vətən müharibəsi mövzusunda növbəti əl işi - FOTOLAR
  • Mədəniyyət

  • Masallı rayonunun Qasımlı kəndində yaşayan gənc heykəltəraş Müstəqil Balayev Vətən müharibəsi mövzusunda bir sıra əsərlərin müəllifidir.

    LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, bu dəfə o, Vətən müharibəsində şəhid olmuş yeganə qadın qəhrəmanımız Arəstə Baxışovanın büstünü ucaltmışdır. 

    Müstəqil Balayev qardaşı Aqşinlə birlikdə vətənpərvərlik mövzularına tez-tez müraciət edir, sanballı əsərlər yaradırlar. Qardaşların əllərindən çıxan sənətkarlıq nümunələri respublikamızın hər yerində həmişə rəğbətlə qarşılanır.

    Qeyd edək ki, gənc heykəltəraşların atası İlqar Balayev də tanınmış rəssam və heykəltəraşdır.

    Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltəraşlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

    Müəllif: MAHAL

    PAYLAŞ:

    Oxşar xəbərlər