Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib

Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
  • ---

  • 14 avqust 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyə nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin Viləş kəndində yaşayan anası Səməngül Vəliyevanı səhhəti ilə bağlı ziyarət edib.

    Görüş zamanı şəhid ailəsinin qayğıları ilə yaxından maraqlanılıb, onların sağlamlıq vəziyyəti, sosial-məişət şəraiti və müraciətləri dinlənilib. Rayon rəhbəri şəhid ailələrinin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl davam etdirildiyini bildirib.

    Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, rayon rəhbərinin mütəmadi görüş və ziyarətlərini yüksək qiymətləndiriblər.

    Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onların müraciətlərinin operativ həlli və sosial rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.



     
    PAYLAŞ:

    Oxşar xəbərlər