Ərkivan qəsəbəsində qəsəbədaxili yol asfaltlanıb

Ərkivan qəsəbəsində qəsəbədaxili yol asfaltlanıb
  • ---

  • Masallı rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
    Belə ki, Ərkivan bələdiyyəsi tərəfindən qəsəbənin Zeynoba məhəlləsində uzunluğu 320 metr, eni 4 metr olan qəsəbədaxili yola asfalt örtüyü döşənib. Eyni zamanda, yağış və qrunt sularının axıdılmasının təmin edilməsi məqsədilə 400 metr uzunluğunda suaparıcı kanallar qazılaraq müvafiq borular quraşdırılıb.
    Layihənin icrasına ümumilikdə 22 min 500 manat vəsait sərf olunub.

    Həyata keçirilən abadlıq-quruculuq tədbirləri əhalinin rahatlığının təmin edilməsinə, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və yaşayış məntəqələrinin sosial simasının daha da gözəlləşdirilməsinə xidmət edir.




    PAYLAŞ:

    Oxşar xəbərlər