Masallı rayonunda nümunəvi humanist addım: 100 yaşlı sakin ziyarət olundu

Masallı rayonunda nümunəvi humanist addım: 100 yaşlı sakin ziyarət olundu
  • ---

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Bala Kolatan kəndində əsrlik ömür yolu keçmiş Əvəz Nağı oğlu Səmədovu evində ziyarət edib.

    Səmimi və qayğıkeş atmosferdə keçən görüş zamanı rayon rəhbəri Əvəz Səmədovun səhhəti, həyat şəraiti və gündəlik ehtiyacları ilə yaxından maraqlanıb. Bildirilib ki, uzunömürlülərin həyat təcrübəsi cəmiyyət üçün böyük örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır.

    Görüş zamanı Araz Əhmədov dövlət tərəfindən yaşlı insanlara göstərilən diqqət və qayğının daim diqqət mərkəzində olduğunu vurğulayıb, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib.

    100 yaşlı sakin Əvəz Nağı oğlu Səmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, belə görüşlərin onun üçün mənəvi dəstək olduğunu ifadə edib.

    Qeyd edək ki, rayon ərazisində ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir.



    PAYLAŞ:

    Oxşar xəbərlər