Rayon rəhbəri Xırmandalı kəndində yaradıcılıq evinə baxış keçirdi

Rayon rəhbəri Xırmandalı kəndində yaradıcılıq evinə baxış keçirdi
  • ---

  • Masallı rayonunda mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə rayon rəhbəri Araz Əhmədov Xırmandalı kəndində təqaüddə olan mədəniyyət işçisi Əmrəli Yaqubov tərəfindən yaradılan yaradıcılıq evinə baxış keçirib.

    Bildirilib ki, yaradıcılıq evində müxtəlif tarixi dövrləri əhatə edən zəngin eksponat kolleksiyası toplanaraq qorunur. Uzun illər ərzində toplanmış nümunələr bölgənin qədim tarixini, milli-mədəni dəyərlərini və həyat tərzini əks etdirir.

    Ziyarət zamanı yaradıcılıq evində nümayiş etdirilən eksponatlarla tanış olunub, belə təşəbbüslərin mədəni irsin qorunması və təbliği baxımından əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.


    PAYLAŞ:

    Oxşar xəbərlər