Lisey və gimnaziyalara qəbul olunan şagirdlər iyulun 5-dək seçim etməlidir

Lisey və gimnaziyalara qəbul olunan şagirdlər iyulun 5-dək seçim etməlidir
  • Təhsil

  • Lisey və gimnaziyalara qəbul olunan şagirdlər iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidir.

    Bu barədə LEQAL.AZ-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

    Xatırladaq ki, şagirdlər “sy.edu.az” portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər