Orta məktəb məzunları Aqrar universitetdə olublar

Orta məktəb məzunları Aqrar universitetdə olublar
  • Təhsil

  • Bu gün, 16 iyun 2021-ci il tarixdə  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil almaq istəyən Göygöl rayonunun bir qrup orta məktəb məzunu tədris korpusları ilə tanış olmaq üçün universitetdə olublar.

    Məzunlar universitetin baytarlıq təbabəti, aqronomluq, mühəndislik, torpaqşünaslıq və aqrokimya fakültələrinin tədris korpusları və tələbə evlərində yaradılmış şəraitlə tanış edilib.

    Tədris korpuslarında professor-müəllim heyəti məzunları qarşılayaraq, dövlətin həyata keçirdiyi aqrar siyasət və eyni zamanda universitet rəhbərliyinin bu istiqamətdə apardığı işlər haqqında ətraflı məlumat veriblər.

    Müəllif: Əlihüseyn Şükürov

    PAYLAŞ:

    Oxşar xəbərlər