Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışıb

Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışıb
  • Təhsil

  • Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib.

    LEQAL.AZ  xəbər verir ki, E.Hüseynov “report”un Ağdama ezam olunmuş əməkdaşına bildirib ki, Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayırlıb:

    “Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs Ağdam şəhərində yaradılsın. Bununla yanaşı, müxtəlif texniki peşə məktəblərinin və liseylərinin də inşası nəzərdə tutulur. Bütün bunların konsepsiyası hazırda işlənilir və hazır olduqca ictimaiyyətə təqdim olunacaq”.

    PAYLAŞ:

    Oxşar xəbərlər