Orta məktəblərdə elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılır

Orta məktəblərdə elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılır
  • Təhsil

  • Yanvarın 8-i saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

    Bu barədə LEQAL.AZ-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

    Portalda mövcud sorğuların tamamlanması prosesi yanvarın 13-ü saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

    Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər