2020-ci ildə ilk dəfə olaraq qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə sertifikatlar təqdim olunub.
Bu barədə LEQAL.AZ-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu proses nəticə olaraq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlarımıza təhsillərini davam etdirmək (peşə təhsili pilləsinin növbəti səviyyəsində) və ya ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququnun verilməsinə xidmət edəcək.