Şagirdə qarşı ŞİDDƏT İDDİASI: Xırdalanda 10 saylı məktəbdə nə baş verib?

Şagirdə qarşı ŞİDDƏT İDDİASI: Xırdalanda 10 saylı məktəbdə nə baş verib?
  • Təhsil / Maraqlı

  • Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 10 saylı tam orta məktəbdə müəllimin 7-ci sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq etməsi iddiası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

    Leqal.az Oxu.az- istinadən xəbər verir ki, məktəbdə fənn müəlliminin dərs zamanı şagirdi döyməsi və daha sonra məsələni ört-basdır etməyə çalışdığı iddia edilib.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, dekabrın 4-də Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinə qarşı müəllim tərəfindən şiddət göstərilməsi ilə əlaqədar yayılan iddialarla bağlı idarədə araşdırma aparılıb.

    "Bildiririk ki, fənn müəllimi şagirdə diqqətini dərs prosesinə yönəltməsi, eləcə də davranışını nizamlaması üçün xəbərdarlıq edib. Bu zaman müəllim tərəfindən hər hansı fiziki təzyiq və ya qeyri-etik hərəkət edilməsi ilə bağlı yayılan iddialar öz təsdiqini tapmayıb.

    Qeyd edirik ki, məktəb rəhbərliyi, fənn müəllimləri və təhsil müəssisəsinin psixoloqları tərəfindən nizam-intizam qaydalarına əməl edilməsi ilə bağlı şagirdlərlə davamlı olaraq maarifləndirici söhbətlər aparılır, qaydalara əməl edilməsinin zəruriliyi diqqətə çatdırılır.

    Ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsiz və sağlam mühitdə təhsil almaları, eləcə də onların psixoloji-emosional durumu diqqətdə saxlanılır, bu istiqamətdə mütəmadi profilaktiki və maarifləndirici tədbirlər həyata keçirilir", - deyə açıqlamada vurğulanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər