Müəllimi yanan şama bənzətmək olar. Necə ki, şam son nəfəsinə kimi yanıb öz çırağını başqalarına verir, müəllimində işi belədir. Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi tövsiyələrdən birində yazırdı: "Vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsi ilə bağlıdır. Yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını gözəl pak şeylər əxz etməyi öyrətməkdən, ürəyini və vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir."
" Platondan soruşmuşlar: "Nə üçün müəlliminə öz atandan daha çox hörmət göstərirsən?"- O demişdir: "Çünki atam məni göydən yerə endirmiş, müəllim isə yerdən göyə qaldırmışdır. " Gəlin ömrünü gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş, çoxlu yetirmələri olan belə müəllimlərdən biri ilə tanış olaq.
Səfərova Gülşən Bakı şəhəri Yasamal rayonu 13 saylı Tam Orta Məktəbdə İbtidai sinif müəllimidir.
Əziz Gülşən xanıma, gözəl insana gələcək həyatında, fəaliyyətində uğurlar arzulayırıq.
Müəllim peşəsi öz mahiyyəti və əhəmiyyətinə görə cəmiyyətdə xüsusi yer tutur. Çünki, müəllim əməyinin xüsisiyyəti ondan ibarətdir ki, onun obyekti və məhsulu insandır. Deməli, millətin gələcəyi müəllimlərin əlindədir.