AMEA-da “Heydər Əliyev İli” çərçivəsində çap olunan kitablar təqdim edilib

AMEA-da “Heydər Əliyev İli” çərçivəsində çap olunan kitablar təqdim edilib
  • Təhsil

  • AMEA Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın nəşrləri  haqqında olub.

    AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə bir sıra əsərlər nəşr olunub. Əsasən AMEA-nın Humanitar və İctimai Elmər bölmələrində, eləcə də Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə 30 kitabın çapdan çıxdığını, bir neçə əsərin çap ərəfəsində olduğunu, ilin sonunadək daha bir sıra kitabların nəşr olunacağını deyib. “Heydər Əliyev İli”ndə çap olunan kitabların fundamental elmi tədqiqatlardan ibarət olduğu diqqətə çatdırılıb.

    Sonra AMEA Rəyasət Heyəti aparatının elmi katibi, filologiya elmləri doktoru Sərxan Xavəri “Heydər Əliyev İli” çərçivəsində çap olunan kitabların siyahısını təqdim edib.

    İclasda AMEA rəhbəri tərəfindən Rəyasət Heyətinin üzvlərinə, elmi bölmələrə, elmi müəssisə və təşkilatlara nəşri nəzərdə tutulan materialların vaxtında hazırlanması və çapı istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi tapşırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər