Xırdalanda məktəbin damı uçdu

Xırdalanda məktəbin damı uçdu
  • Təhsil / Hadisə

  • “Xırdalan şəhərində güclü küləyin törətdiyi fəsad zamanı xəsarət alan olmayıb”.

    Bu barədə "Leqal.az"a Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.

    Şöbədən bildirilib ki, əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub:

    “Hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”
    PAYLAŞ:

    Oxşar xəbərlər