5 və 6 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında ən yüksək bal toplayanların adları açıqlanıb.
“Leqal.az” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
2 nəfər - Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və Bakı şəhəri 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu maksimal olan 300 bal toplayıblar. Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 278.2 və 276 bal toplayıblar.