Bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşən jurnalist Məhərrəm İbrahimovun övladlarının da ilk dərs günüdür.
LEQAL.AZ xəbər verir ki, Məhərrəmin böyük oğlu Uğur ikinci sinfə, kiçik oğlu Toğrul isə məktəbəqədər hazırlığa gedir.
Qeyd edək ki, bu ilin iyunun 4-də işğaldan azad olunmuş ərazilərin çəkilişə yollanan zaman Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncama əsəsən, işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib./oxu.az