Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin çıxışları və müsahibələrinə geniş yer verir

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin çıxışları və müsahibələrinə geniş yer verir
  • Siyasət

  • Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçla görüşündə və Yaponiyanın “Nikkei”
    qəzetinə müsahibəsi, eləcə dövlətimizin başçısının “Twitter” səhifəsindəki paylaşımları barədə müxtəlif xəbərlər yaymaqda davam edirlər.
    LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, Gürcüstanın nüfuzlu report.ge, 24news.ge, palitranews.ge, aktual.ge və daha bir neçə informasiya portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırılır.
    Mətbuat şanlı Ordumuzun qələbələri, işğal altında olan torpaqlarımızın azad edilməsi, erməni mifologiyasının dağıdılması və Azərbaycan-Gürcüstan münasibətləri, TAP layihəsi üzrə işlərin qrafik üzrə uğurla davam etməsi və digər məsəllərlə bağlı açıqlamalarına geniş yer veriblər.
    Materiallarda Azərbaycan Prezidentinin “Erməni faşistlərini belini qıraraq bölgəmizi böyük fəlakətlərdən və faciələrdən qurtaracağıq” ifadəsi gürcü oxucuların daha çox marağına səbəb olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər