Ceyhun Bayramov Pakistana səfər edəcək

Ceyhun Bayramov Pakistana səfər edəcək
  • Siyasət

  • Yanvarın 13-14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.

    Bu barədə LEQAL.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Səfər çərçivəsində yanvarın 13-də Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər