Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvalarinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir .
LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlum olub ki , 543 - cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib . Eyni zamanda yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bazi avtomobil yollarını bağlayıblar . Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5 - ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir . Bölmələrdə ərzaq , yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir .