Qarabağ münaqişəsinin nizamlanması 2020-ci ildə Rusiya XİN-in fəaliyyətinin əsas xarici siyasət yekunları sırasındadır

Qarabağ münaqişəsinin nizamlanması 2020-ci ildə Rusiya XİN-in fəaliyyətinin əsas xarici siyasət yekunları sırasındadır
  • Siyasət

  • Rusiya XİN 2020-ci ildə özünün fəaliyyətinin əsas xarici siyasət yekunları sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını xüsusi qeyd edib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, nazirliyin hesabatında regional münaqişələrin və böhranlı vəziyyətlərin nizamlanmasında Rusiyanın səylərinin konkret nəticələr verməsi qeyd olunur. Rusiya Federasiyasının vasitəçilik səyləri sayəsində Dağlıq Qarabağda hərbi toqquşmalar dayandırılıb və sülh bərqərar olub. Əhaliyə fövqəladə humanitar yardım göstərilib, qaçqınların və köçkünlərin öz yerlərinə qayıtması üçün şərait yaradılıb, sülhməramlı əməliyyat həyata keçirilib, atəşkəs rejiminə müşahidə üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yaradılması razılaşdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər