Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Qubadlı rayonunda olub.
LEQAL.AZ oxu-a istinadən xəbər verir ki, Prezident səfər zamanı əsgərlə görüşüb, onlarla söhbət edib.
Ali Baş Komandan görüşdə qeyd edib ki, Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi:
“İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir”.